Mahirin transferi “Dinamo“ya 1 milyon avroya başa gəlib

saytların hazırlanması

Evə çatdırılma

Mahirin transferi “Dinamo“ya 1 milyon avroya başa gəlib

İdman

03 Fevral 2022 11:40 802


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan "Dinamo"ya (Zaqreb, Xorvatiya) transferinin qiyməti məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Polşa mətbuatı açıqlama yayıb. Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi "Dinamo"ya 1 milyon avroya başa gəlib. 

"Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.  Sezar pizza

Qeyd edək ki, Mahir ötən ilin yayından “Legiya"da oynayırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!