“Makkabi“ - “Qarabağ“ matçının hakimləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Makkabi“ - “Qarabağ“ matçının hakimləri açıqlandı

İdman

20 Oktyabr 2020 12:32 1327


Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb.

Qarşılaşmada Con Biton ədalət təmsilçisi olacaq. Ona Frensis Konnor və Daniel Makfarlan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək. Sezar pizza

Hakimlərin işinə serbiyalı hakim-inspektor Milan Karadziç qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!