Livanda “Hizbullah”ın hücumu nəticəsində daha bir fransız hərbçisi ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.
Həmin hərbçi bir neçə gün əvvəl Livanda sülhməramlı kontingentdə xidmət edərkən “Hizbullah”ın hücumu zamanı ağır yaralanıb və o, Fransaya aparılıb.
Emmanuel Makron onun bu gün öldüyünü elan edib.
Qeyd edək ki, “Hizbullah”ın hücumu zamanı başqa bir fransız hərbçisi yerindəcə ölüb.
Telegram kanalımız