“Malmö” “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşuldu 
31 İyl 2020 12:21
408

“Malmö” “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşuldu 

İsveç kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Yenisabah.az  xəbər verir ki, final matçında “Höteborq”la “Malmö” üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda kubokun sahibi əlavə vaxtda müəyyənləşib. Qələbə qolunu vurmağa nail olan “Höteborq” ölkə kubokuna yiyələnib.

Bununla da İsveçin Avropa Liqasındakı bütün təmsilçiləri bəlli olub. Kuboku qazanan “Höteborq” Avropa Liqasının II təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Çempionatın gümüş və bürüncə sahib çıxan “Malmö” ilə “Hammarbü” I təsnifat mərhələsində mübarizə aparacaq.

Sonuncuların bu raundda oynayacağı öncədən bəlli idi. “Malmö” finalda uduzmaqla II deyil, I təsnifatda oynamalı olub. UEFA reytinqi yüksək olan komanda avqustun 10-dakı püşkatmada səpələnmişlərdən biri olacaq. Bu isə o deməkdir ki, “Malmö” Azərbaycan təmsilçisi “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər