Manaf Tacirin oğlunun toyuna niyə pul yazdırmayıb? - VİDEO

Manaf Tacirin oğlunun toyuna niyə pul yazdırmayıb? - VİDEO

Şou Veb saytların hazırlanması

05 İyun 2023 12:01 994


Müğənni Manaf Ağayevin həmkarı Tacir Şahmalıoğlunun oğlunun toyunda atdığı addım hər kəsi təəccübləndirib.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, “Banu” verilişinə müsahibə verən sənətçinin Tacirin övladının məclisinə pul yazdırmadığı üzə çıxıb.

Verilişin aparıcısı, şairə Nazilə Səfərli Manafdan müsahibə alarkən bildirib ki, Tacir həmkarlarının toyuna 200 manat yazdırır.

Bunu eşidən Manaf “Əsas odur ki, məclislə iştirak etməkdir. Sən görə bilməyəcəksən, bu gün məclisə nə qədər pul salacağam. Hamının evində dəftəri var. Kimin toya nə qədər pul atdığı o dəftərdə qeyd olunur. Bəlkə heç bu toya pul yazmayacağam?” deyib.

N.Səfərli isə M.Ağayevin bu addımını belə şərh edib:

“Manaf bu toya pul yazdırmır. Yəqin, dəftərində Tacirin adı çıxmayıb”.

Daha sonra Nazilə Manafın yazdığı zərfi əlində tutaraq, üstündə qeyd olunan “Manaf Ağayev: Sən necə, mən də elə. 0 manat” yazıları ekranda nümayiş etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!