Masadıkov: Ermənistan 3 ildir üzvlük haqqı ödəmir

saytların hazırlanması

Evə çatdırılma

Masadıkov: Ermənistan 3 ildir üzvlük haqqı ödəmir

Dünya

18 İyun 2026 15:16 179


Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmir.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib.

"Ermənistan artıq 3 ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, praktik olaraq onun işində iştirak etmir, halbuki de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə, Ermənistan xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır", - Masadıkov məsələ ilə bağlı sualına cavab olaraq bildirib. Dominos pizza

O qeyd edib ki, KTMT üzv ölkələri respublikanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər:

"Bəli, məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib və nazirlər bu məsələni ətraflı müzakirə ediblər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!