Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Maska taxmamaq “Delta“ ştammına yoluxma riskini 2 dəfə artırır
13 İyl 2021 16:11
468

Maska taxmamaq “Delta“ ştammına yoluxma riskini 2 dəfə artırır

"Əgər insan maskasızdırsa, onun koronavirusun "Delta" ştammına yoluxma ehtimalı iki dəfə artır".

Yenisabah.az xəbər verir ki, bunu biologiya elmləri doktoru, Novosibirsk Dövlət Universitetinin Bionanotexnologiya, Mikrobiologiya və Virologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib.

"Vəziyyət ümumilikdə belədir, koronavirusun əvvəlki variantında reproduktiv rəqəm ortalama təxminən üç idisə, "Delta"da təxminən beşdir. Ona görə də o, sürətlə yayılır", - deyə Netesov bildirib.

O bildirib ki, adi variantdan "Delta" variantını fərqləndirən əsas şey məhz budur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib. /publika.az/ 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər