Maskalardakı qurd videoları haqda Azərbaycandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Maskalardakı qurd videoları haqda Azərbaycandan açıqlama

Sosial

02 Aprel 2021 07:57 1317


TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva son günlər gündəmdə olan maskalarda qurd müşahidə edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, TƏBİB rəsmisi APA TV-yə müsahibəsində bu müzakirələri məntiqsiz hesab etdiyini dilə gətirib. O, bununla bağlı əhaliyə çağırış edib:

"Başa düşürəm, insanlar baxırlar, məsələ hazırda çox aktuallaşıb. Maska və maskanın istifadəsi yeni bir şey deyil. Bu, bu gün kütləviləşib. Amma biz tibb işçiləri maskaları hər zaman istifadə etmişik. Dördpendirli pizza

Hər bir tibb müəssisəsində, əməliyyatxanalarda həkimlər, tibb işçiləri daim maskada gəziblər.

Bu gün maskaların bu qədər müzakirə olunmasını düzgün hesab etmirəm. İnansalar da, inanmasalar da, maskaların tənəffüs sistemi ilə yoluxan xəstəliklərdən qorunmada rolu çox böyükdür.

Maskadan istifadə edən insanlar bilirlər ki, ötən illərlə müqayisədə, qripə də az yoluxmuşuq. O yayılan videolara heç bir rəy bildirmək istəmirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!