9 Avqust - 06:43
Mədət Quliyev idmançılara super mükafatlar vəd etdi

Mədət Quliyev idmançılara super mükafatlar vəd etdi

İdman

08 Dekabr 2021 11:02 424


Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda, müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib. 

Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub. 

Həmin turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq. 

3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.

Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!