Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?

Kriminal

14 Oktyabr 2025 23:35 19511


Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 

"Unikal"ın məlumatına görə, bu qərardan sonra R.Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb. 

Belə ki, Teymur Mehdiyev  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir. O bu vəzifəyə 2014-cü ildə təyin edilib.   Dördpendirli pizza

Məsələ ilə bağlı Ramiz Mehdiyevdən və oğlundan açıqlama almaq istəsək də, onların telefonları sönülü olub. Kəmaləddin Heydərov isə məsələ ilə bağlı sualdan yayınıb, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev isə sualı eşidən kimi telefonunu söndürüb.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə
    Gizir, çavuş və bir sıra vəzifələrdə ,adamı vasitəsilə' işləyən hərbiçilərin yoxlanışına başlasınlar. Hər sahədə işçilərə nəzarət olmalıdır. Özbaşınalıqlar araşdırılmalıdır. Prezident İlham Əliyevə ölkədə nizam intizamı qoruyub saxlamaqda bu işlərə əhəmiyyətli dərəcədə dəstək vermək lazımdır.
    7 months ago