Pakistan məhkəməsi keçmiş baş nazir Navaz Şərifin həbsinə qadağa qoyub.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, 4 il sürgündən sonra onun Şənbə günü vətənə dönəcəyi gözlənilir.
Bu barədə eks-hökumət başçısının vəkili Əzəm Nazir Tarar danışıb. Marqarita pizza
O, bildirib ki, Şərif girov müqabilində azad edilib və bu, hakimiyyət orqanlarının onu oktyabrın 24-də məhkəmə qarşısına çıxana qədər həbs etməsinə imkan vermir.
N. Şərif 2018-ci ildə iki korrupsiya ittihamı ilə mühakimə olunub. 2019-cu ildə məhkəmə ona müalicə üçün Londona getməyə icazə verib.
Xatırladaq ki, Navaz Şərifin kiçik qardaşı Şahbaz Şərif 2022-ci ildən etibarən Pakistan baş naziridir.
Telegram kanalımız