Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı

Siyasət

17 Sentyabr 2021 19:58 1102


Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

Yenisabah.az xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib. Toyuqlu pizza

Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi "Ermənistan bloku"nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!