Ali Məhkəmədə "TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəməkdə təqsirləndirilən Toğrul Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Toğrul Kərimov "TikTok" hesabında özünü "STT Group" şirkətinin rəhbəri kimi təqdim edərək qurbanlarına dənizçi işinə düzəltmək vədi verib. Bu yolla onların külli miqdarda pulunu dələduzluq yolu ilə keçirib.
Vətəndaşlar polisə şikayət edərək, Toğrul Kərimovun onları aldatdığını bidliriblər. Ərizədə qeyd edilib ki, Toğrul Kərimov "TikTok" sosial şəbəkəsində adamları rəhbəri olduğu şirkət vasitəsiylə dənizçi kimi yüksəkmaaşlı işlə təmin edəcəyinə inandırıb və buna görə onlardan müxtəlif məbləğlərdə pul alıb.
Əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü paytaxt sakini Toğrul Kərimov Nərimanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakıdakı nümayəndəsi kimi təqdim edib. Vətəndaşları şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 nəfərin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib.
Telegram kanalımız