Mehmet  Ali Erbilin qalmaqallı açıqlamasına SƏRT TƏPKİ -   “Öldürsəm cənnətlik olaram...“

saytların hazırlanması

Evə çatdırılma

Mehmet Ali Erbilin qalmaqallı açıqlamasına SƏRT TƏPKİ - “Öldürsəm cənnətlik olaram...“

Şou

21 May 2021 10:22 1745


"Bir israilli öldürsəm cənnətlik olaram" - deyən türkiyəli aparıcı Mehmet Ali Erbil sərt tənqidlərə məruz qalıb.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı sözlərinin yanlış anlaşıldığını bildirib. O, sözlərinin İsrail xalqına aid olmadığını deyib:

"Mənim üsyanım İsrail xalqına qarşı deyil, İsrail siyasətinə qarşıdır. Bu sözlərimdən sonra Türkiyədəki bəzi yəhudi dostlarımdan xeyli mesaj aldım. Əgər istəmədən onları incitmişəmsə, çox pis olaram. İsrail dövlətini Fələstin xalqını qətl edib, terror törətdiyi üçün tənqid edirəm. Qorunmayan körpələr, uşaqlar öldürülür, ürəyi olan hər kəs bu mənzərəyə dözə bilməz. İsrailin günahsız insanları qətlə yetirdiyini görüb buna qarşı üsyan etməmək mümkün deyil. Dünyada Türkiyədən başqa heç kim bu qırğına yüksək səslə etiraz etmir. Baxın, prezidentimizin sözlərini belə təhrif edən Amerika zehniyyəti var. Dünyada İsrailin bu zülmünə Prezident Ərdoğan kimi reaksiya verən başqa lider yoxdur. Amerika bunun əleyhinədir, çünki kömək etmir. Ancaq Ərdoğan başda olmaqla türk xalqı İsrailin insanlığa qarşı cinayətinə üsyan edir. Kaş ki, İsrail dövlətinin bu təcavüzkar siyasətinə bütün liderlər eyni reaksiyanı versəydi”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!