Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Mehriban Əliyeva nüfuzlu tədbirə dəvət olunub
20 Okt 2021 13:27
419

Mehriban Əliyeva nüfuzlu tədbirə dəvət olunub

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

YAP sədrinin müavini bildirib ki, onu da həmin tədbirdə iştirak etməyə dəvət ediblər.

"Eyni zamanda Mehriban Əliyeva Boğaziçi sammitinin açılış sessiyasında da çıxış edəcək", - o vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər