Məktəb direktorları ilə görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktorları ilə görüş keçirildi

Sosial

04 Oktyabr 2023 20:20 1024


Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Həmçinin, məktəb idarəetməsində səmərəliliyinin artırılması, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməsi mövzularında müzakirələr aparılıb. pizza mizza

BŞTİ müdiri M.Vəliyeva 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni dərs ilində ümumi təhsil müəssisələrinin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyini xüsusilə vurğulayan İdarə müdiri Elm və Təhsil Nazirliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu haqqında qəti mövqeyini diqqətə çatdırıb.

Azərbaycanın tarixi qələbədən sonra inkişafın yeni mərhələsində uğurla irəlilədiyini nəzərə çatdıran M.Vəliyeva ictimaiyyətin məktəbdən və müəllimdən gözləntilərinin də dəyişdiyini vurğulayıb. Bu baxımdan məktəb-valideyn münasibətlərinə daha həssas yanaşmanın vacibliyinə diqqət çəkən İdarə müdiri valideyn və ictimaiyyət nümayəndələrinin də müəllim nüfuzunun qorunmasına daha yaxından dəstək olacağına, gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi işinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!