Məlahət Mürşüdlü vəfat edib
28 Noy 2020 12:16
555

Məlahət Mürşüdlü vəfat edib

Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, xəbərinə görə, M. Mürşüdlü 72 yaşında rəhmətə gedib.

O həm də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini idi.

Qeyd edək ki, M.Mürşüdlü 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına töhfələr verib.

Allah rəhmət eləsin!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər