Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək

Siyasət

28 Avqust 2026 22:00 13758


Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər.

"Yeni Sabah" xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir.

Məlumatda deyilir ki, Məleykə Abbaszadə 2000-ci ildən bəri bu postu tutur. Və rəsmi dairələr 26 illik idarəçiliyin bitməsini məqbul hesab ediblər. Dördpendirli pizza

Mənbələr qeyd edir ki, 73 yaşlı DİM rəhbərini əvəzləyəcək şəxsin də adı məlumdur. Onların bildirdiyinə görə, yeni DİM rəhbəri Rüfət Eyvaz oğlu Əzizov olacaq. Belə ki, 1980-ci il doğumlu Əzizov hazırda ADNSU-nun rektoru vəzifəsini tutur. O, 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021-2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb./Tribuna.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ...
    Rüfət müəllim çox yaxşı insandır, tələbəyönümlüdür. O gəlsə abituriyentlər üçün əla olacaq...
    27 days ago
  • Ruhiyyə
    Rüfət Əzizov çox mundar kişidir yalan çıxsın imtahan fənnlərini dəyişiklik qüvvəyə minməsin
    1 month ago
  • Ruhiyyə
    Rüfət Əzizov gəlmə 2027 də yalan olsun o xəbər
    1 month ago
  • Gunay
    Bu Qardas Insafli adama oxsuyur
    2 months ago