Məmurlara yeni maaş siyasəti: Bonus sistemi dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Məmurlara yeni maaş siyasəti: Bonus sistemi dəyişdirildi

Dünya

24 Mart 2026 10:35 1410


Ermənistan hökuməti dövlət məmurlarına ödənilən bonuslarla bağlı yeni yanaşma tətbiq edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Azadlıq Radiosu-nun erməni xidməti – Azatutyun yayıb.

Məlumata görə, hökumət dövlət qurumlarında çalışan əməkdaşlar üçün bonus mexanizmini yenidən tənzimləyir. Belə ki, əvvəlki dövrdə geniş yayılmış birdəfəlik ödənişlərdən fərqli olaraq, hazırda daha çox aylıq və sistemli bonus modelinə üstünlük verilir. Sezar pizza

Qeyd olunur ki, artıq bir sıra dövlət qurumlarında əməkhaqqına əlavə olaraq müntəzəm bonuslar tətbiq edilir. Bununla yanaşı, hökumət ehtiyac yarandıqda əlavə birdəfəlik mükafatlar da ayırmaq səlahiyyətini saxlayır.

Azatutyun-un məlumatına əsasən, Ermənistan Nazirlər Kabineti bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan milyardlarla dram vəsait ayırıb. Qərarın hökumət iclasında qəbul edildiyi bildirilir.

Baş nazir Nikol Paşinyan bonus sisteminin tətbiqini dövlət aparatında şəffaflığın artırılması və qeyri-rəsmi gəlirlərin qarşısının alınması ilə əsaslandırıb.

Bununla belə, yeni yanaşma ölkə daxilində birmənalı qarşılanmayıb. Müxalifət və bəzi ekspertlər hesab edir ki, bonusların genişləndirilməsi dövlət xərclərinin artmasına və sosial narazılığa səbəb ola bilər.

Qeyd edək ki, Ermənistanda son illərdə dövlət sektorunda performansa əsaslanan maaş və bonus sistemi mərhələli şəkildə tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!