“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...” – Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...” – Erməni deputat

Siyasət

22 Mart 2022 13:39 7687


"Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq  bəli, ciddi döyüşləri udduq".

Bu fikri  Ermənistanın “24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu  “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib.

O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyıb, o da bunu “tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.

Ermənistan parlamentinin üzvü kimi  Azərbaycanın  irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri,  həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki, “Stepanakert” (Xankəndi). – S.L.) öz müqəddəratını özü müəyyən etməlidir”...

Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!