“Mənim həmcinsimlə ailə qurmağım...“ - Teleaparıcıdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Mənim həmcinsimlə ailə qurmağım...“ - Teleaparıcıdan açıqlama

Şou

13 Avqust 2021 17:28 5800


"Demək istərdim ki, bu absurt, axmaq və şərəfsiz bir xəbərdir. Paylaşdığım şəkildən belə xəbər hazırlamaq… düzü, nə deyəcəyimi də bilmirəm. Şokdayam sadəcə".

Yenisabah.az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Səxavət Nur Lent.az-a açıqlamasında bildirib.

O haqqında yayılan həmcinsi ilə ailə qurması ilə bağlı xəbərin tamamilə yalan olduğunu deyib. Sezar pizza

"Hazırda Azərbaycana gəlməyə hazırlaşıram. Dünən bütün dostlarım evimdə qonaq idi. Məni yola salmaq üçün yığışmışdılar. Elə həmin qonaqlıqda bura gələn ilk gündən mənim öz ailəm, atam bildiyim insanla şəkil çəkdirdim. Paylaşdığım şəkildən belə ləyaqətsiz xəbər hazırlayıblar. Aydın məsələdir ki, bu reytinq xətrinə olan bir şeydir. Onlara qarşı heç bir tədbir görməyi düşünmürəm. Buna vaxtım yoxdur sadəcə. Hər kəsi buraxıram öz vicdanına".

Qeyd edək ki, aparıcının sosial şəbəkədə hesabında yaşlı bir bəylə paylaşdığı foto və yazdığı şərh onun haqqında belə xəbərlərin yayılmasına səbəb olub. Şərhdə qeyd edilir:

"Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər şey edənlər və səni səbəbsiz sevənlərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!