“Məqsədimiz kimisə cərimə etmək deyil…”

saytların hazırlanması

Evə çatdırılma

“Məqsədimiz kimisə cərimə etmək deyil…”

Sağlamlıq

25 Yanvar 2019 22:02 1586


“Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin etdiyi xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Nazirlik xəbərdarlığa əməl etməyənlərə qarşı sərt inzibati və hüquqi tədbirlər görəcək”.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov deyib ki, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib: “Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün Nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda, qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək”.

Nazirlik rəsmisi bildirib ki, bütün dünyada su hövzələrinin tullantı suları ilə çirklənməsi məsələlərinə həssaslıqla yanaşılır, bu sahədə qanunvericiliyin tələbləri nəzarətdə saxlanılır: “Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz beynəlxalq konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir”. Pepperoni pizza

Eyni zamanda o, məcburi göstərişləri yerinə yetirənlərin olduğunu da vurğulayıb: “Bəli, az da olsa, belə müəssisələr var. Tövsiyələri və məcburi göstərişləri yerinə yetirənlərə misal olaraq "Siyəzən Broyler” ASC, Neftçalada “Azər-Yod” MMC-ni və s. göstərə bilərik. Bu müəssisələrdə artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Onu da deyim ki, məcburi göstəriş pozuntuları aradan qaldırmaq üçün işin həcmindən asılı olaraq, 2 ayadək verilən vaxtdır. Məcburi göstəriş yerinə yetirilməyəndə isə artıq inzibati tədbirlər görülür. Məqsədimiz kimisə cərimə etmək deyil, tullantıların atılmasını aradan qaldırmaqdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!