Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlayacağı gözlənilən idi. Çünki bir tərəfdən inflyasiya səviyyəsi Mərkəzi Bankın hədəf qiymət diapazonunda dəyişir, digər tərəfdən isə başqa faktorlar və xüsusən də valyuta bazarında stabillik, makroiqtisadi stabilliyin qorunması da müşahidə olunur: “Bu ondan xəbər verir ki, Mərkəzi Bank tərəfindən mövcud valyuta-pul siyasəti davam etdiriləcək”.
Deputatın fikrincə, ən vacib məqamlardan biri Mərkəzi Bankın uçot dərəcəsinin kredit faizləri daxil olmaqla, xüsusən bank sektorunda digər məhsullara təsir imkanlarının artırılmasıdır: Marqarita pizza
“Hələlik Mərkəzi Bankın uçot dərəcəsinin xüsusən kredit faizlərinə təsir imkanları yüksək deyil. Mərkəzi Bank tərəfindən xüsusən də bu alətdən daha yaxından istifadə olunması və kredit faizlərini optimallaşdırması, eləcə də kredit faizlərinin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var”.
“Təbii ki, uçot dərəcəsinin qorunub saxlanması növbəti mərhələdə bankların daha aşağı və ya ucuz maliyyə resurslarını cəlb etməsinin davam etməsi anlamına gəlir. Bu baxımdan da digər alətlərlə dəstəklənərsə, uçot dərəcəsi növbəti mərhələdə həm də kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”, - deputat əlavə edib.
Telegram kanalımız