"Nə olar Damla özünə bir imicmeyker tapsın. Geyimlərini dəyişsin. Ona düzgün geyim seçsin".
Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli müğənni Damlanın geyimləri haqqında danışarkən deyib.
Bu haqda aparıcı "ATV maqazin onlarla"da danışıb. "Şou-biznesdə kimin geyimini bəyənmirsən?" sualına Afaq Damlanı misal göstərərək tənqid edib: Toyuqlu pizza
"Damla keçsin günahımdan. Səhnə siyasətini, danışıq qabiliyyətini, sənətə görə özünü fəda etməsini sevirəm. Amma nə olar özünə bir imicmeyker tapsın. Mənim üçün əhəmiyyətsiz insan olsaydı, deməzdim. Damla oxumağı və çabası ilə hər şeyi tamamlasın".
Telegram kanalımız