Məşhur teleaparıcı Ceremi Klarksonda xərçəng xəstəliyi aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur teleaparıcı Ceremi Klarksonda xərçəng xəstəliyi aşkarlandı

Dünya

17 İyun 2026 18:53 251


Dünyaca məşhur avtomobil şousu "Top Gear"ın əfsanəvi aparıcısı kimi tanınan Ceremi Klarksonda prostat xərçəngi aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, Böyük Britaniyanın ən populyar ekran simalarından biri olan 66 yaşlı aparıcı bu bəd xəbəri "Clarkson's Farm" sənədli serialının yeni buraxılışında paylaşıb. Ötən ilin may ayında aparılan müayinələr və keçən həftə reallaşan biopsiyanın nəticəsində ona aqressiv xərçəng növü diaqnozu qoyulub.

Xəstəliyin çox erkən mərhələdə aşkarlandığını bildirən Klarkson, dərhal əməliyyat olunduğunu və prostatının 10 faizinin götürüldüyünü qeyd edib. Erkən diaqnozun əhəmiyyətinə diqqət çəkən ulduz aparıcı, bunun sayəsində həyata ümidlə baxdığını vurğulayıb. O, sosial şəbəkə hesabından da video paylaşaraq izləyicilərini proqramın yeni seriyalarının emosional baxımdan ağır keçəcəyi barədə xəbərdar edib. pizza hut

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!