“Meta” HƏMAS-la bağlı paylaşımları siləcəyini bəyan etdi

saytların hazırlanması

Evə çatdırılma

“Meta” HƏMAS-la bağlı paylaşımları siləcəyini bəyan etdi

Dünya

14 Oktyabr 2023 08:02 349


Amerikanın “Meta” şirkəti HƏMAS-ın müəllifi olduğu və ya bu hərəkatı dəstəkləyən bütün paylaşımları siləcəyini bəyan edib.

ABŞ hökuməti HƏMAS-ı xarici terror təşkilatı kimi səciyyələndirir, buna görə də şirkətin platformalarında bu hərəkatı dəstəkləyən yazıların dərc edilməsi qadağan edilir. Eyni zamanda ictimai-siyasi, insan haqları ilə bağlı xəbərlərin və məsələlərin işıqlandırılmasına icazə veriləcək.

Məlumata görə, şirkətdə daxil olan məlumatların monitorinqini həyata keçirəcək xüsusi mərkəz yaradılıb. Mərkəzin vəzifələrinə digər məsələlərlə yanaşı, ictimai qaydalara uyğun gəlməyən məlumatların silinməsi də daxildir. Eyni zamanda alqoritmlərə nəzarət də gücləndiriləcək. Dominos pizza

Mənbə: Vzqlyad.ru


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!