Mətanət getdi, Mikayıl gəldi

saytların hazırlanması

Evə çatdırılma

Mətanət getdi, Mikayıl gəldi

Şou

07 Sentyabr 2021 11:43 2363


Yeni televiziya mövsümündə telekanallarda bir çox aparıcı dəyişikliyi edilib.

Yenisabah.az axşam.az-a istinadən bildirir ki, MTV-də də yeni simalar görünəcək.

Aparıcı Mətanət Əliverdiyeva sözügedən kanaldakı fəaliyyətinə son qoyub. pizza mizza

O, bundan sonra yalnız Xəzər TV-də efirə çıxacaq.

MTV-yə yeni gələn simalar arasında Mikayıl Güləddinoğlu yer alır.

O, DTV ilə yollarını ayırıb.

Qeyd edək ki, Mətanət Əliverdiyeva ATV-dən ayrıldıqdan sonra bir müddət Space TV-də çalışıb. Daha sonra MTV-də "6/8 axşam şousu" adlı proqram aparıb.

O, hazırda Xəzər TV-də "Gəzək bişirək" proqramına aparıcılıq edir.

Mikayıl Güləddinoğlu "Space" telekanalı ilə yollarını ayırdıqdan sonra "Gəldimee gəldim" proqramını DTV-də davam etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!