Mətanət İsgəndərlinin keçmiş gəlini yenə məyus oldu: “Ədalətsiz qərar“

saytların hazırlanması

Evə çatdırılma

Mətanət İsgəndərlinin keçmiş gəlini yenə məyus oldu: “Ədalətsiz qərar“

Şou

28 Oktyabr 2021 13:14 1342


Əməkdar artist Mətanət İsgəndərli məhkəmədə keçmiş gəlininə yenidən qalib gəlib.

Yenisabah.az xəbər verir ki, ifaçının oğlu Kərim və gəlini Canananın növbəti məhkəməsində hakim ayrılan cütlüyün 3 övladının qəyyumluğu ilə bağlı qərar verib və uşaqlar atalarında qalıblar.

Bu barədə sosial şəbəkə hesabında yazan Canana qərarı ədalətsiz hesab edib: Marqarita pizza

“Bu da ədalətsiz məhkəmə. Vəkilim Namiq Hacıyev belə bu haqsız qərara göz yuma bilmədi. Hakim Etibar Mustafayevin övladlarıma verdiyi suala uşaqlar “bilmirik, o bizi balıq yeməyə aparacaq” cavabını verir. Hakim indidən uşaqları rüşvətə öyrədən atanın yanında qalmasına qərar verirsə, nəyə görə bu vəzifənin sahibi olmalıdır? Mən ana olaraq hüquqlarımın tapdalanmasına göz yummayacağam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!