Xəzər TV-də yayımlanan "Xəzər axşamı" verilişində gərgin anlar yaşanıb.
Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, efirin qonaqları sırasında müğənni Mənzurə Musayeva da olub. Canlı ifası zamanı mikrafonda problem olduğunu və yetərincə səs verilmədiyini iddia edən sənətçi studiyanı tərk edib.
Qəsdən səsinin kəsildiyini düşünən sənətçiyə proqramın aparıcı Mətanət Əliverdiyeva tənqidlər yağdırıb: Toyuqlu pizza
"Heç vaxt müğənnilərlə problem yaşamamışam. Hamısına mənimlə bir efirdə olmaq rahatdır. Digər kanallarda sizi aparıcıdan asılı vəziyyətə salırlar. Heç bir qonağıma hörmətsizlik etməmişəm.
Eyni mikrafonla digər müğənnilərimiz də oxudu, problem yaşamadı. Əməkdaşlarımızın peşakarlığına şübhə yoxdur. Canlı ifa üçün səs özündə olmalıdır, mikrafona səs verməklə deyil".
Telegram kanalımız