İki universitetdə koronavirus aşkarlanb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda koronavirus aşkarlandığı üçün dərslər 14 gün müddətində distant formada keçiriləcək.
Azərcan Dillər Universitetində (ADU) da koronavirusa yoluxma halı baş verib. Universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib. Dördpendirli pizza
ADPU-nun mətbuat katibi Cavid Hüseynov Yenisabah.az-a məlumatı təsdiqləyib.
O, yoluxma halının həftənin əvvəlində aşkarlandığını bildirib:
“Yoluxma tələbələr arasındadır. Hazırda 3 nəfər aktiv koronavirus xəstəsi var. Fizika-riyaziyyat fakültəsində 1, incisənət və fiziki tərbiyə fakültələrində hər birində müvafiq olraq 1 nəfər COVID-19 xəstəsi aşkaralanıb. Həmin qruplarda tələbələrin testi pozitiv çıxan kimi qruplar distant təhsilə keçib. Növbəti həftələrdə vəziyyətin necə olacağını bilmirik”.
Mehri Qurban
Telegram kanalımız