NATO-nun Paris sammiti zamanı Almaniya nümayəndə heyətindən məxfi məlumatların olduğu noutbuk oğurlanıb.
Yenisabah.az “Bild”ə istinadla xəbər verir ki, insident dənizdə raket əleyhinə müdafiə üzrə seminar zamanı baş verib:
Almaniya Baş Qərargahının nümayəndəsi zalı qısa müddətə tərk edib, geri qayıdanda isə noutbuk stolun üstündə olmayıb. O, polisə müraciət edərək bildirib ki, noutbukda bir sıra ölkələrin proqram təminatı ilə bağlı çox vacib və məxfi məlumatlar var. Təhqiqatla Fransa hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları məşğul olur. Sezar pizza
Məlum olub ki, oğru idman paltarı geyinmiş saqqallı şəxs olub. Ola bilsin ki, kompüterin oğurlanması casusluq məqsədilə həyata keçirilib. Oğru olduğu iddia edilən şəxsin seminarın keçirildiyi binanı yaxşı tanıdığı da məlumdur. Kompüter uzaqdan bloklanıb, lakin onların onu açıb mövcud məlumatı çıxara bilməyəcəklərinə zəmanət yoxdur.
Telegram kanalımız