Meymunçiçəyinə yoluxanlar 3 həftəlik karantinə alınacaq

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyinə yoluxanlar 3 həftəlik karantinə alınacaq

Sosial

24 May 2022 17:34 779


Almaniyada meymunçiçəyinə yoluxan şəxslər üç həftəlik karantinə alınacaq.

Yenisabah.az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Karl Lauterbax elan edib.

O bildirib ki, Almaniya hökuməti Robert Kox İnstitutu ilə birgə xəstəliklə mübarizə çərçivəsində tövsiyələr hazırlayıb. pizza sifarişi

Xəstəliyə yoluxmuş şəxslərlə yanaşı, onlarla yaxın təmasda olmuş insanları da karantinə alınmaq tövsiyə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meymunçiçəyi infeksiyası bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlanıb, daha 106 yoluxma şübhəsi araşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!