Məzahir Pənahovun oğlu ilə bağlı ŞOK: Arvadını... - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahovun oğlu ilə bağlı ŞOK: Arvadını... - FOTOLAR

Kriminal

02 May 2025 14:38 12004


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqda ittiham olunur.

Yenisabah.az Haqqın.az-a istinadla xəbər verir ki, zorakılıq ABŞ ərazisində törədilib və ona məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.

38 yaşlı H.P. Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Cütlük bundan sonra ABŞ-da, Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir işi-gücü olmayan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub (Məhəmməd və Ülkər Pənahovlara məxsus “Alphaand Export FZ-LLC” şirkətinin bu alğı-satqısını isbatlayan sənəd var). Dominos pizza

Belə görünür ki, ata-Pənahov gənc cütlük üçün bütün imkanları yaradıb.

Gənc cütlüyün maddi çətinlikləri olmayıb: onlar Britaniya banklarında – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarındakı hesablarındakı pulu dəbdəbəli Kaliforniyada sağa-sola xərcləyiblər.

Yeni ailə quranların şirin həyatı oğul-Pənahov pis vərdişlərə, ilk növbədə, spirtli içkilərə meyli aludəçiliyə dönənə qədər heç vaxt pozulmayıb. O, birdəfəyə 26 şüşə pivəni boşaldırmış. Sonra isə boş şüşələri hamilə arvadına atırmış.

“Amansız döyüşlər”dən biri zamanı H.P. övladını itirib. 17 aylıq evlilikdən sonra o, Kaliforniyadakı villadan qaçmaq qərarına gəlib.

Çarəsiz qalan H.P-nin valideynləri və yaxınları dəfələrlə ona Kaliforniya polisinə müraciət etməyi tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb.

Pənahov hədə-qorxu gəlib, hər gün zəng vurub və arvadını ölümlə hədələyib. Buna baxmayaraq, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    M. PƏNAHOVUN SEÇKİ MARAFONU BELƏ NƏTİCƏLƏNDİ. MƏZAHOR İZAHAT VERSİN GÖRƏK BU PULLAR NECƏ ƏLDƏ EDİLİB?
    1 year ago