Rus qoşunları niyə geri çəkildi?   - MI6 açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rus qoşunları niyə geri çəkildi? - MI6 açıqladı

Dünya

10 Noyabr 2022 12:52 948


Dnepr çayının qərb sahilinin itirilməsi Rusiya Federasiyasının Odessaya quru dəhlizi yaratmaq kimi strateji ambisiyasını reallaşdırmağa mane olacaq.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici Kəşfiyyatı (MI6) məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, rus hərbçilərin Xerson vilayətinin sağ sahil hissəsindən çıxarılması bir neçə gün ərzində müdafiə mövqeləri və geri çəkilən qüvvələri artilleriya atəşi ilə əhatə etməklə həyata keçiriləcək. Marqarita pizza

Həmçinin, bu yaxınlarda Britaniya kəşfiyyatı Rusiyanın Dnepr çayının qərb sahilində öz qüvvələrini saxlamaq qabiliyyətinin Ukraynanın Rusiyanın təchizat marşrutlarına zərbələri ilə təhdid edildiyini vurğulamışdı.

Geri çəkilmə zamanı Rusiya qüvvələri bir neçə körpünü dağıdıb və yəqin ki, Ukrayna qüvvələrinin irəliləməsini ləngitmək və gecikdirmək üçün minalar qoyub.

“Xerson yaxınlığında Dnepr çayının qərb sahilini itirmək çox güman ki, Rusiyanın Odessaya quru dəhlizi yaratmaqla bağlı strateji ambisiyasını reallaşdırmağa mane olacaq. Körpülərin məhdudluğuna görə Dnepr çayının keçməsi zamanı Rusiya qüvvələri üçün çətin olacaq. Çox güman ki, geri çəkilmə bir neçə gün ərzində müdafiə mövqeləri və geri çəkilən qüvvələri əhatə edən artilleriya atəşi ilə baş tutacaq”, – deyə icmalda izah edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!