Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşdü

İqtisadiyyat

16 İyun 2025 19:05 383


İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirakı çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialı vurğulanıb, enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!