Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşdü

Siyasət

04 Oktyabr 2023 20:59 292


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu”, - paylaşımda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!