Son İtaliya çempionu “Milan” Ermənistan milli komandasının və Rusiyanın “Krasnodar” klubunun yarımmüdafiəçisi Eduard Spertsyanla maraqlanır.
Yenisabah.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, “Milan” futbol klubu Spertsyan üçün 8 milyon avro ödəməyə hazırdır.
Rusiyanın “Krasnodar” klubu isə erməni yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Eduard Spertsyan “Krasnodar” Akademiyasının tələbəsidir. O, 2000-ci ildə anadan olub. 2019-cu ildən isə “Krasnodar”ın əsas komandasında çıxış edir. Spertsyan 2021-ci ildə Ermənistan milli futbol komandasına qoşulub, Ermənistan-Rumıniya matçında debüt edib. Komandanın debüt oyununda ilk qolu o vurub.
Telegram kanalımız