Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə deputatlığa vahid namizədlər siyahısının tərtibi zamanı müxalifət blokunun nümayəndələri arasında dava baş verib.
Yenisabah.az "Star”a istinadla xəbər verir ki, “Millət İttifaqı”ndan prezidentliyə vahid namizəd Kamal Kılıçdaroğlunun mühafizəçiləri işə qarışıb.
Türkiyədə ümumi seçkilərdə iştirak edən siyasi partiyalar bazar günü yekun namizəd siyahılarını Yüksək Seçki Komissiyasına (YSK) təqdim ediblər. Marqarita pizza
Bundan əvvəl “Hürriyet” qəzeti yazıb ki, müxalifət bloku vahid siyahı yaratmaq üçün təklif etdiyi deputatların namizədliyinin irəli sürülməsinə vahid yanaşmanın yoxluğu ucbatından böhranla üzləşə bilər.
Məlumata görə, Kılıçdaroğlu ortaq siyahı məsələsində müttəfiq partiyaları məyus etməyə başlayıb.
“Müxalifət blokunda gərginlik pik həddə çatıb, CHP (Cümhuriyyət Xalq Partiyası, əsas müxalifət qüvvəsi) partiyasının iclasının vaxtı, son olaraq parlamentin siyahıları təsdiqlənib, siyahılar mübahisəsi səbəbindən 4 dəfə dəyişdirilib.
Böhran kiçik partiyaların köməyi ilə qismən aradan qaldırılsa da, bu dəfə siyahı ilə razılaşmayan CHP-lilər mübarizəyə başlayıblar. Dava o qədər böyüyüb ki, Kılıçdaroğlunun mühafizəçiləri müdaxilə etməli olublar”.
Telegram kanalımız