25 Sentyabr - 07:00
Millətlər Liqası: İtaliya İngiltərəyə qalib gəldi, Almaniya Macarıstana uduzdu

Millətlər Liqası: İtaliya İngiltərəyə qalib gəldi, Almaniya Macarıstana uduzdu

İdman

24 Sentyabr 2022 00:47 542


Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun daha 7 oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı qəbul edib. Macarlar 1:0 hesablı qələbə qazanıblar. İtaliya da İngiltərəyə eyni hesabla qalib gəldib. Beləliklə, Macarıstan liderliyini qoruyub, İngiltərə isə B Liqasına yuvarlanıb. 

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqrodan üstün olub - 1:0. Bosniya və Herseqovina millisi bu nəticə ilə A Liqasına yüksəlib.

Gürcüstan millisi isə C Liqasının 4-cü qrupunda Şimali Makedoniyaya qalib gəlib (2:0) və B Liqasında yerini təmin edib.

D Liqasında Estoniya Malta üzərində qələbə ilə C Liqasına yüksəlib.

23 sentyabr

UEFA Millətlər Liqası

5-ci tur

A Liqası

3-cü qrup

22:45. Almaniya - Macarıstan - 0:1

Qol: Szalai, 17

22:45. İtaliya - İngiltərə - 1:0

Qol: Raspadori, 68

Xallar: Macarıstan - 10, İtaliya - 8, Almaniya - 6, İngiltərə - 2.

B Liqası

3-cü qrup

22:45. Bosniya və Herseqovina - Monteneqro - 1:0

Qol: Demiroviç, 45+1

22:45. Finlandiya - Rumıniya - 1:1

Qollar: Pukki, 12 - Tanase, 52

Xallar: Bosniya və Herseqovina - 11, Monteneqro - 7, Finlandiya - 5, Rumıniya - 4.

C Liqası

4-cü qrup

20:00. Gürcüstan - Şimali Makedoniya - 2:0

Qollar: Miovski, 25 (avtoqol), Kvaratsxeliya, 64

22:45. Bolqarıstan - Cəbəllütariq - 5:1

Qollar: Antov, 23, Despodov, 36, Kirilov, 52, Stefanov, 55, Petkov, 81 - Çipolina, 26

Xallar: Gürcüstan - 13, Şimali Makedoniya - 7, Bolqarıstan - 6, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

20:00. Estoniya - Malta - 2:1

Qollar: Sappinen, 45+6 pen., Anyer, 86 - Teuma, 51 pen.

Xallar: Estoniya - 9, Malta - 6, San Marino - 0.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!