Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Milli komanda Azərbaycan çempionatında iştirak edəcək
02 Avq 2021 13:53
559

Milli komanda Azərbaycan çempionatında iştirak edəcək

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Yenisabah.az Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Komandalardan 5-i ötən çempionatda da gücünü sınayıb, 2 klub debütantdır, bir klub “Alyans” FK Lənkəranı təmsil edir. Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.

Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək. 

Mehri Qurban 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər