Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq - EKSKLÜZİV

Siyasət

13 May 2026 12:40 251


İyun ayında Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə bildirib.

O deyib ki, hazırda qanunverici orqanın gündəliyində müzakirə ediləcək xeyli məsələ var: pizza

“Parlamentin yaz sessiyasının başa çatmasından sonra, növbədənkənar sessiyanın çağırılması gözlənilir. Milli Məclis praktikasında, adətən iyun ayında növbədənkənar sessiya çağırılır. Çünki həmişə müzakirə ediləcək məsələlər olur. Ona görə də növbədənkənar sessiyanın keçirilməsi ehtimalı yüksəkdir. Yəqin ki, may ayının axırında bununla bağlı məlumat veriləcək”.

Qeyd edək ki, növbədənkənar sessiya - Milli Məclisin yaz və payız sessiyaları arasındakı tətil dövründə xüsusi rejimdə fəaliyyətə çağırılmasıdır. Bu mexanizm dövlət əhəmiyyətli təxirəsalınmaz məsələlərin operativ həlli üçün istifadə olunur. Konstitusiyaya əsasən, növbədənkənar sessiya yalnız Prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi ilə çağırıla bilər.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!