Milli Şura seçkiləri rəsmən boykot etdi
10 Dek 2019 11:16
390

Milli Şura seçkiləri rəsmən boykot etdi

Milli Şura 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı rəsmi qərrarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, qurum seçkiləri boykot etmək barədə qərar qəbul edib və bununla bağlı bəyanat yayıb.

Milli Şura hesab edir ki, Azərbaycan seçki mühiti yoxdur və belə bir şəraitdə seçkiyə qatılmaq hakimiyyətin maraqlarını təmin etməkdən başqa bir şey deyil. Milli Şura digər müxalif təşkilatları da boykota çağırıb.

Milli Şuran əvvəldən boykot xəttini tutmuşdu. Lakin bununla belə rəsmi qərar verilməmişdi. Qurum bəyanat yayaraq seçkidə iştirakla bağlı hakimiyyət qarşısında şərtlər irəli sürmüşdü. Həmin şərtlərin qəbul edilməyəcəyi bəlli idi. Hakimiyyətin də davranışları bunu təsdiq etdi. 

Məlumat üçün deyək ki, əsas müxalifət partiyalarından Müsavat və Respublikaçı Alternativ (REAL) partiyaları seçkidə iştirak barədə qərar qəbul edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər