“Millidə qruplaşmalar var” – Keçmiş futbolçu sirləri açır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Millidə qruplaşmalar var” – Keçmiş futbolçu sirləri açır - VİDEO

İdman

07 Aprel 2025 10:30 417


İTV-nin “OffTOP” layihəsin qonağı olan "Qarabağ"ın və Azərbaycan millisinin sabiq üzvü Maksim Medvedev millidə qruplaşmaların olduğunu iddia edib.

Yenisabah.az xəbər verir ki, keçmiş müdafiəçinin sözlərinə görə, komandasda baş verənlər qısa zamanda mətbuata sızdırılırdı:

 "Bizə mükafat verəndə tapşırırdılar ki, bunu mətbuata çıxarmayın. Amma iclasdan ayrılan kimi görürdük ki, bütün saytlar bu haqda yazıb. Deyirdilər ki, bu oyunda qalib gəlsəniz, mükafatınız bu qədər olacaq. Amma baxırdıq ki, artıq mükafatın məbləğini də saytalarda yazıblar. pizza sifarişi

Çoxları deyirdi ki, bu məlumatları futbolçular yayır. Amma mənə elə gəlir ki, futbolçulardan əvvəl bunu bilənlər olub".

Maksim Medvedev bildirib ki, əvvəllər də, indi də millidə qruplaşmalar olub və var:  

“Ukraynalılar - Levin-Axtyamov və başqa qruplaşmalar var idi. İndi də elədir. Baxırsan ki, Renat Dadaşovun, Bədavi Hüseynovun, Ramil Şeydayevin qrupu var. Bu olmamalıdır! 

Ola bilsin, eyni marağımız var, söhbət edirik, bu, problem deyil. Amma indi yeməkxanada nəfərlik qruplaşma halında otururlar. Təbii ki, bu, meydanda da hiss olunacaq".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!