Millimizin üzvü erməni məşqçiyə görə klubundan ayrılır

saytların hazırlanması

Evə çatdırılma

Millimizin üzvü erməni məşqçiyə görə klubundan ayrılır

İdman

15 Dekabr 2019 14:50 1444


Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb. /sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!