Milyardlıq aktivlər və böyüyən kapital

saytların hazırlanması

Evə çatdırılma

Milyardlıq aktivlər və böyüyən kapital

İqtisadiyyat

13 Oktyabr 2026 15:29 78


“Bank Respublika” ASC 2026-cı ilin 2-ci rübünün yekunlarına dair kapitalın strukturu və adekvatlığı göstəricilərini elan edib.

“Yeni Sabah” xəbər verir ki, rəsmi maliyyə hesabatına əsasən, bankın tutulmalardan sonra I dərəcəli kapitalı (əsas kapitalı) 202 milyon 463.45 min manat, tutulmalardan sonra məcmu kapitalı isə 279 milyon 594.42 min manat təşkil edib.

Hesabat dövründə bankın 1-ci dərəcəli kapitalı 205 milyon 604.68 min manat olub ki, bunun da 73 milyon 961.09 min manatını ödənilmiş nizamnamə kapitalı (adi səhmlər), 131 milyon 643.59 min manatını isə bölüşdürülməmiş xalis mənfəət təşkil edib. I dərəcəli kapitaldan qeyri-maddi aktivlər üzrə 3 milyon 141.23 min manatlıq tutulma həyata keçirilib. Marqarita pizza

Bankın II dərəcəli kapitalı 79 milyon 516.56 min manat səviyyəsində qeydə alınıb. Bura cari ilin 34 milyon 513.60 min manatlıq mənfəəti, 20 milyon 352.96 min manatlıq ümumi ehtiyatlar və 24 milyon 650 min manatlıq subordinasiya borc öhdəlikləri daxildir. Tutulmalardan öncə məcmu kapital 281 milyon 980 min manata bərabər olsa da, birləşməmiş törəmə banka və digər maliyyə institutlarına olan investisiyalar üzrə 2 milyon 385.59 min manat tutulma edilib.

Maliyyə hesabatına əsasən, “Bank Respublika”nın risk dərəcəsi üzrə ölçülmüş yekun aktivləri 1 milyard 908 milyon 980.81 min manat təşkil edib. Riskli aktivlərin böyük hissəsi — 1 milyard 147 milyon 761.66 min manatı 100 faizlik risk qrupuna daxil olan aktivlərin payına düşür. Həmçinin 50 faizlik risk qrupu üzrə 236.4 milyon manat, 100 faizdən yuxarı risk qrupu üzrə 197 milyon manat, 20 faizlik risk qrupu üzrə isə 186.1 milyon manatlıq aktiv formalaşıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!