Milyardlıq portfel və 49 milyonluq vaxtı keçmiş borc

saytların hazırlanması

Evə çatdırılma

Milyardlıq portfel və 49 milyonluq vaxtı keçmiş borc

İqtisadiyyat

15 Oktyabr 2026 10:26 82


“Yelo Bank”ın kredit portfeli böyüyüb, vaxtı keçmiş borcların həcmi və kreditlərin keyfiyyət göstəriciləri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bankın müştərilərə verdiyi ümumi kreditlərin həcmi 1 milyard 150 milyon 290 min manata çatıb. Portfelin böyük əksəriyyəti - 94,46 faizi (1 milyard 86,6 milyon manat) sağlam (standart) kreditlərdən ibarətdir.

Vaxtı keçmiş kreditlərin məbləği 49 milyon 567 min manat təşkil etdiyi halda, problemli (qeyri-standart) kreditlərin payı 4,21 faizə (48,48 milyon manat) bərabər olub. Bu çərçivədə ümidsiz borcların həcmi 28,85 milyon manat (2,51%) olaraq qeydə alınıb. Sezar pizza

Bank mümkün kredit risklərinə qarşı ayırdığı ehtiyatların məbləğini isə 44 milyon 913 min manata (portfelin 3,90%-i) çatdırıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!