Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO

Şou

21 İyul 2026 15:46 207


Mina Hüseyn "Fərqi yox" mahnısının klip çəkilişindən görüntülər paylaşıb. 

"Yeni Sabah" xəbər verir ki, klip ötən ay yayımlansa da, Minanın "TikTok"dakı paylaşımı bir neçə gündür viral olub.

İfaçı videoda ağ rəngli qısa, tüllü libasda və dikdaban ayaqqabıda kamera qarşısına keçib. Toyuqlu pizza

Kadrlarda Mina Hüseyn nəhəng panda fiqurunun önündə rəqs edir.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi müğənninin səhnə obrazını bəyənsə də, digərləri geyimini və ümumi görünüşünü tənqid edib.

Şərhlərdə "Bu geyim uğurlu seçim olmayıb", "Obraz uğursuz alınıb, artıq kilolarınız çoxdur", "Libas bədən quruluşuna uyğun deyil" kimi fikirlər səsləndirilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!