Minlərlə pişiyi oğurlayıb restoranlara satırmışlar – Dəstə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Minlərlə pişiyi oğurlayıb restoranlara satırmışlar – Dəstə saxlanıldı

Maraqlı

05 Oktyabr 2026 15:18 127


Vyetnamda gecələr məhəllələri gəzərək pişik oğurlayan dəstə saxlanılıb. Araşdırma zamanı dəstənin minlərlə pişiyi restoranlara satdığı məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Ho Şi Min şəhərində keçirilən əməliyyatlar zamanı 12 nəfərdən ibarət dəstə üzvləri tutulub. Polis onların üzərində pişik tutmaq üçün tələlər, xəz soymaq üçün avadanlıqlar və tərəzilər aşkarlayıb. Araşdırma nəticəsində dəstə üzvlərinin müxtəlif cinslərdən olan təxminən 2 700 pişiyi oğurladığı müəyyənləşib. Şübhəlilər pişikləri qanunsuz şəkildə daşıyaraq restoranlara satıblar.

Vyetnamda pişik və it ətinin yeyilməsi qadağan edilməyib. Ölkədə bəzi restoranlarda bu ətlərdən hazırlanan yeməklər satılır. Lakin heyvanların haradan gətirildiyini təsdiqləyən sənədlərin olması tələb olunur. Məlumata görə, oğurlanan pişiklər restoranlara kiloqramı ən azı 70 min Vyetnam donquna, yəni təxminən, 7 manat 60 qəpiyə satılıb. Polisin məlumatına əsasən, dəstə üzvləri əsasən saat 23:00-dan 04:00-dək motosikletlərlə və kiçik qruplar halında məhəllələrdə dolaşıblar. Hər qrupun bir gecədə 4-10 pişik oğurladığı bildirilir. pizza sifarişi

Saxlanılan 12 nəfər oğurluqda ittiham olunur. Onların təxminən 2 700 pişiyin oğurlanması və qanunsuz daşınmasında iştirak etdiklərini etiraf etdikləri qeyd edilir. Şübhəlilərlə bağlı məhkəmə prosesi başlayıb. Onların həbs edilib-edilmədiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Ho Şi Min şəhərində polis ilin əvvəlində də iki ayrı pişik oğurluğu dəstəsinin 18 üzvünü saxlamışdı.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!