Miqrantlarsız Fransa qrupda qaldı – Süni intellektdən maraqlı prqnoz

saytların hazırlanması

Evə çatdırılma

Miqrantlarsız Fransa qrupda qaldı – Süni intellektdən maraqlı prqnoz

İdman

01 İyul 2026 12:23 74


Fransa millisi müasir futbol dünyasında multikultural strukturu və miqrant əsilli ulduzları ilə tanınır. DÇ-2026-nın 1/16 final mərhələsini adlayan Didiye Deşamın yetirmələri hazırda aşkar favoriti hesab olunurlar.

“Yeni Sabah” xəbər verir ki, sağçı kütlənin mütəmadi tənqidi ilə üzləşən millinin  komandanın heyətində etnik fransız olan cəmi 3 futbolçu var: Benjamin Pavar, Luka Din və Adrien Rabio.

“Xoruzlar”ın heyəti yalnız etnik fransızlardan ibarət olsaydı, hansı uğurlara imza ata bilərdi? pizza sifarişi

Süni intellektin təhlilinə görə, Fransa futbolunda hazırda aktiv çıxış edən və kökləri tamamilə Fransa regionlarına bağlı oyunçulardan ibarət 22 nəfərlik əsas şərti heyət aşağıdakı kimidir:

Qapıçılar: Benjamin Lökomt (Monpelye), Qotye Qallon (Renn), Pol Bernardoni (Yverdon Sport);

Müdafiəçilər: Benjamin Pavar (İnter Milan), Lukas Ernandes (PSJ), Teo Ernandes (Milan), Adrien Trüffer (Renn), Leo Dübua (Eyüpspor), Kanten Merlen (Marsel), Valentin Jonde (Brest), Maksim Estev (Bernli);

Yarımmüdafiəçilər: Adrien Rabio (Marsel), Maksans Kakere (Lion), Teji Savanye (Monpelye), Benjamin Burijo (Əl-Duhail), Valentin Ronjye (Marsel), Arno Nordin (Monpelye), Batist Santamariya (Renn);

Hücumçular: Olivye Jiru (LAFK), Qetan Labord (Nitsa), Martin Terrier (Bayer Leverkuzen), Florian Toven (Udineze).

Süni intellektin proqnozuna görə, bu şərti yığma çempionluq yarışına daxil ola bilməz. Sürəti aşağı olan hücumçular, zəif müdafiə xətti və qeyri-yaradəcə yarımmüdafiəçilərlə fransızların qrup mərhələsini keçməsi çətin görünür.

Fransa futbolunun “əsl fransızları” dedikdə ilk ağla gələn simalar Raymon Kopa, Mişel Platini, Just Fonten, Didiye Deşam, Loran Blan, Erik Kantona və Frank Riberidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!