Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmasa da, artıq sülh bərqərar olub.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, "Yerevan Dialoqu" beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirə zamanı qeyd edib: Dördpendirli pizza
"Artıq əsl sülhümüz var. Son bir ildə Azərbaycanla sərhəddə heç bir insident baş verməyib və sərhəd atəşindən heç bir itki olmayıb. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru atılan böyük bir addımdır.
Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları almış və bəzi malları Azərbaycan şirkətlərinə satacağıq. Bu, sülhün əsl sübutudur. Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı münaqişəmiz olub, yaralar hələ də təzədir və hər iki xalqın hələ də əsl barışığa ehtiyacı var. Həll olunmamış məsələlər, xüsusən də humanitar məsələlər var".
Telegram kanalımız